Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.
Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Aynur Mikayılova yarımfinalda iordaniyalı Nura Abunabla qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Digər boksçumuz, Məhəmmədəli Qasımzadə (60 kq) isə Səudiyyə Ərəbistanı təmsilçisi Tamer Almatrfi üzərində inamlı qələbə qazanaraq final mərhələsinə yüksəlib.
Eyni zamanda, digər idmançılarımız - Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) yarımfinal mərhələsində məğlub olublar və bürünc medalla kifayətləniblər.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu