Azərbaycanın boks millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında komanda hesabında birinci yeri tutub.
Apasport.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisi 18 medal qazanıb.
Bu medallardan 11-ni oğlan boksçular əldə ediblər. Bütün rəqiblərinə qalib gələn Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələniblər. Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.
Nəticədə 8 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan oğlan boksçulardan ibarət Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.
Qızlardan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medal qazanıblar. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb