Cüdo üzrə Azərbaycan yığmasının Zaqreb Qran-prisində iştirak edəcək heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, ölkəmiz Xorvatiya paytaxtında 10 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Kişilərin yarışında 10 cüdoçu 6 çəkidə dərəcəsində mübarizə aparacaq. Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Zaməddin Poladov (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və İmran Yusifov (+100 kq) tatamiyə çıxacaq.
Qadınların yarışında isə Aydan Əliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq) ölkəmizin şərəfini qoruyacaq.
Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb