Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında daha bir qalmaqal baş verib.
Apasport.az xəbər verir ki, italiyalı qadın boksçu Angela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşü tamamlamaqdan imtina edib.
Buna səbəb əlcəzairlinin ona endirdiyi qüvvətli zərbədən sonra burnundan zədə alması olub. Görüş cəmi 46 saniyə davam edib. Karini rinqi göz yaşları ilə tərk edib.
İmane Xelif 2023-cü ildə cinsiyyət uyğunluq testini keçə bilməmişdi. Həmin vaxt İmana Qadınlar Boks Liqasından uzaqlaşdırılmışdı.
Karini bu hərəkəti ilə Beynəlxalq Olimpiya Komitəsinin Xelifi oyunlara buraxmaq qərarını da boykot edib.
Qeyd edək ki, əlcəzairli boksçu 66 kq çəki dərəcəsində 1/4 final mərhələsi çərçivəsində Busenaz Sürmeneli ilə qarşılaşacaq.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar