Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.
Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilir.
Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu