Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.
Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib