Avropa çempionatı: İlk gündə 5 cüdoçumuz tatamiyə çıxacaq
23.04.2025 - 10:42
Azərbaycanın beş cüdoçusu bu gün Monteneqronun paytaxtı Podqoritsada start götürəcək cüdo üzrə Avropa çempionatında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı Əhməd Yusifov və Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcək.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan bu turnirdə ümumilikdə 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur. Yığmamız həm də yarışın sonunda keçiriləcək qarışıq komanda mübarizəsində iştirak edəcək.
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
- Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
0
0