31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda milli komandanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu