Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.
Apasport.az xəbər verir ki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.
Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.
- Yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.
- I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil ediləcək
- Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
- Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
- Millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu