Azərbaycan cüdoçuları finalda
08.09.2024 - 16:46
Azərbaycan cüdoçuları finalda

Estoniyanın paytaxtı Tallində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, bu gün komanda yarışlarına start verilib.

Azərbaycan yığması 1/8 finalda Bolqarıstanla qarşılaşıb. Millimiz rəqibini 4:1 hesabı ilə məğlub edib.

Növbəti görüşdə cüdoçularımız Türkiyə ilə üz-üzə gəliblər. İdmançılarımız burada da qələbə qazanıb - 4:0. Bu mərhələdə Niderlanddan güclü olan yığmamız (4:2) finala yüksəlib. Komandaməz həlledici görüşdə Fransa ilə qarşılaşacaq..

Komandamızın iştirak ərizəsinə 17 idmançı daxil edilib: Nizami İmranov, Aydın Rzayev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Süleyman Şükürov (81 kq), Şamil Tuncay, Aslan Kotsoev ( hər ikisi 90 kq), Məmmədrza Hacızadə (hər ikisi 90 kq), Əjdar Bağırov, Kənan Nəsibov (+100 kq), Ramazan Əhmədov (90 kq), Könül Əliyeva, Fəridə Mirzəyeva, Xədicə Qədaşova, Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq).

Qeyd edək ki, bir gün əvvəl komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

0