Azərbaycanda ilk dəfə cüdo üzrə Ne-vaza ACF Kuboku keçirildi
21.07.2024 - 00:40
Azərbaycanda ilk dəfə cüdo üzrə Ne-vaza ACF Kuboku keçirildi

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Ne-vaza ACF Kuboku keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 100-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb. Şağan Olimpiya İdman Komplesində baş tutan yarışda oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olub.

Ne-vaza bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.

Medalçıları təqdim edirik:

-50 kq.

1. Rahid Babayev

2. Əli Əliyev

3. Tural Davudov

3. Nazim Kamilov

 

-55 kq.

1. Bayram Orucov

2. Rərim Kərimli

3. Musa Allahverdiyev

3. Kənan Teymurlu

 

-60 kq.

1. Nihad Rəhimov

2. Zeyd Ələsgərov

3. Məhəmməd Əliyev

3. Sahib Ağabalayev

 

-66 kq.

1. Ümid Əbdülov

2. Hüseyn Şahmarlı

3. Kənan Məmmədov

3. Amin Cəfərzadə

 

-73 kq.

1. Şamil Sadiqov

2. Elnur Sultanov

3. Məhəmməd Ağakişiyev

3. Həşim Abbasov

 

-81 kq.

1. Əli Allahyarov

2. Cavid Bayramov

3. Mənsur Bayramov

3. Fəqan Məmmədli

 

-90 kq.

1. Canpolad Əliyev

2. Xalid İliyasov

3. Həzrət Əliyev

+90 kq.

1. Cavidan Məsimov

2. Vidad Əliyev

3. Elşən Fərzəliyev

0