Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ikinci günündə daha 6 çəki dərəcəsində medalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) iştirak edir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Paytaxt birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
İkinci yarış gününün mükafatçıları:
Oğlanlar
55 kq
1. Turan Ayvazlı (Bakı şəhəri 8 nömrəli RİOEUGİM PHŞ)
2. Məhəmməd Abdullazadə (Şuşa UGİM)
3. Nizami Savalanlı (Neftçi İK)
3. Musa Məmmədli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
73 kq
1. Kənan Rəhimov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Yaqub Məmmədov (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)
3. Familhüsen Əlizadə (Bakı şəhəri 10 nömrəli UGİM)
3. Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
90 kq
1. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM)
2. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)
3. Xəzər Əmrahlı (Qafqaz-Arena İK)
3. Aqşin Zeidquliyev (Şuşa UGİM)
Qızlar
44 kq
1. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nərgiz Məmmədova (RKİM)
3. Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli RİOEUGİM PHŞ)
57 kq
1. Məryəm Əhmədzadə (ATT)
2. Zöhrə Ağazadə (Neftçi İK)
3. Şəfiqə Əhmədova (Neftçi İK)
3. Şəbnəm Hüseynli (RKİM)
+70 kq
1. Aysu Quliyeva (Judo Club 2012)
2. Zemfira Əliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Xədicə Quluzadə (Şuşa UGİM)
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu