Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb
08.07.2025 - 23:23
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyadan ümumilikdə 70-dək cüdoçu qatılıb.
Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdan ibarətdir.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0