Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək
04.08.2025 - 17:28
Avqustun 16–17-də cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində “Kata for All” kata festivalı keçiriləcək.
Apasport.az xəbər verir ki, tədbir zamanı Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc idmançılar üçün seminar təşkil olunacaq.
Festival BCF Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0