Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək
12.02.2026 - 15:54
Martın 9-dan 13-dək Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
Apasport.az xəbər verir ki, seminar və imtahan cüdo məşqçiləri üçün açıq olacaq.
Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir.

- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0