Bundesliqa: “Bavariya” 3 xalı 4 qolla qazandı
25.04.2026 - 23:51
Almaniya Bundesliqasında XXXI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, çempionluğunu artıq rəsmiləşdirən “Bavariya” səfərdə “Maynts”ın qonağı olub.
Yeddi qolun vurulduğu qarşılaşmada qonaqlar üstün olub – 4:3.
Digər oyunlarda “Bayer” “Köln”ü, “Hoffenhaym” isə “Hamburq”u 2:1 hesabı ilə məğlub edib.
“Auqsburq” – “Ayntraxt” və “Volfsburq” – “Borussiya Mönhenqladbax” qarşılaşmalarında isə qalib müəyyənləşməyib – müvafiq olaraq 1:1 və 0:0.
- Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
- Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
0
0