Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində Azərbaycan İdman Akademiyasının cüdo məşqçiliyi ixtisası üzrə qiyabi təhsil alan II kurs tələbələrinə “koshi-waza” və “osaekomi-waza” texnikaları tədris olunub.
Apasport.az xəbər verir ki, dərslərə Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen rəhbərlik edib.
Üç gün davam edən intensiv kursun sonunda imtahan təşkil olunub. İmtahan prosesində yerli mütəxəssislər – Orxan Səfərov, Samir İsmayılov və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, dərslər Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Tələbələr beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında həm nəzəri biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.
- Cüdo üzrə ölkə birinciliyi start götürüb - FOTO
- Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək