Dekabrın 20-22-si aralığında 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Turnirdə 16 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu