Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi start götürüb.
Apasport.az xəbər verir ki, iki gün davam edəcək turnirə 28 klub və idman cəmiyyətindən 180 cüdoçu qatılıb.
İlk yarış günündə 7 çəkidə mükafatçılar müəyyənləşib.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
İlk günün medalçılarını təqdim edirik:
Oğlanlar
-60 kq
1. Rüstəm Qasımzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Nemət İsayev (ACF Bakı CTM)
3. Bahadır Feyzullayev (Neftçi İK)
3. Ceyhun Hüseynli (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
-73 kq
1. Səlim Sultanov (FHN İSK)
2. Əli Hümbətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nadir İmanov (Balaxanı İM)
3. Kənan Məmmədli (RKİM)
-90 kq
1. Murad Allahverdiyev (Sərhədçi İM)
2. Rəsul Quliyev (Azəri-Cüdo İKİB)
3. Səid Hüseynzadə (Balaxanı İM)
3. Nurlan Nəcəfov (Qafqaz-Arena İK)
+100 kq
1. Rauf Yadigarlı (RKİM)
2. Murad Hüseynquliyev (AHİTA)
Qızlar
-48 kq
1. Nərgiz Əhmədova (Champion 74)
-57 kq
1. Yasəmən Əkbəri (RKİM)
-70 kq
1. Mələk Bayramlı (DİN İC)
2. Aynur Mirzağayeva (Neftçi İK)
3. Familə Nəsirova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)