Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən cüdoçuların ilk rəqibləri müəyyənləşib.
Bakı İdman Sarayında keçiriləcək yarışda 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində qüvvəsini sınayacaq.
5–6 dekabrda fərdi, 7 dekabrda isə komanda yarışları baş tutacaq. Hər gün saat 10:00-da təsnifat görüşləri, 17:00-da isə final blokları keçiriləcək.
Yarışı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı izləyə bilərsiniz.
- 11 cüdoçumuz Böyük Dəbilqədə çıxış edəcək
- Yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.
- I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil ediləcək
- Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
- Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub