Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.
M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, 90 kq) də qızıl medala sahib olmuşdu. Hazırda yığma komandamız 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu