Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub
11.05.2025 - 23:37
Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub

Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

Apasport.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb. 

Turnirin ilk günündə isə Nazir Talıbov (-66 kq) qızıl, Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanmışdı.

Cüdoçularımız bu nəticələrlə turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.

Qeyd edək ki, Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.