Azərbaycan cüdoçular Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, oktyabrın 11-dən 13-dək davam edəcək yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar
48 kq.
Leyla Əliyeva
57 kq.
Acelya Toprak
Kişilər
60 kq.
Balabəy Ağayev
Hüseyn Allahyarov
66 kq.
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq.
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev
81 kq.
Zelim Tçkayev
Ömər Rəcəbli
90 kq.
Murad Fətiyev
Musa Hüseynli
+100 kq.
İmran Yusifov
Uşanqi Kokauri
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu