
Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandaları 2-6 oktyabrda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, ölkəmiz Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.
Könül Əliyeva (-48 kq.), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi -52 kq.), Fidan Əlizadə (-57 kq.), Nizami İmranov (-60 kq.), İslam Rəhimov, Məhəmməd Musayev (hər ikisi -66 kq.), Vüsal Qələndərzadə (-73 kq.), Süleyman Şükürov (-81 kq.), Tuncay Şamil, Aslan Kotsoyev ( hər ikisi -90 kq.), Əjdər Bağırov (-100 kq.), Kənan Nəsibov (+100 kq.) medallar üçün yarışacaqlar.
İdmançılar 2-5 oktyabr tarixlərində çempionatın fərdi yarışlarında, 6 oktyabrda isə komanda yarışlarında iştirak edəcək. Pərvanə Abdullayeva, Nigar Süleymanova və Süleyman Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.
Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Elnur İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
- Yığmamız Çexiyada təlim-məşq toplanışında olublar
- Yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək
- 3 yaş qrupu üzrə Cüdo Liqaları keçiriləcək
- ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
- Avropa Cüdo İttifaqı Olimpiya çempionlarımızı mükafatlandırıb