Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.
Apasport.az xəbər verir ki, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/16 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) məğlub olaraq mübarizəni erkən dayandırıb.
Sübhan Axundov isə (+90 kq) 1/8 finalda Kaito Tokitaya (Yaponiya) uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu