Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.
Apasport.az xəbər verir ki, Düşənbədə (Tacikistan) keçirilən Böyük Dəbilqənin qalibi Elcan Hacıyev (90 kq) 6 pillə irəliləyərək 4-cü yerdə qərarlaşıb.
Onun komanda yoldaşı və finaldakı rəqibi Vüqar Talıbov isə 9 xalla 12-ci pilləyə yüksəlib.
Böyük Dəbilqənin digər çempionu, əvvəllər dünya reytinqində 18-ci yeri tutan Balabəy Ağayev (60 kq) 12-ci yerədək irəliləyib.
Yarışın gümüş mükafatçısı Camal Qamzatxanov (+100 kq) isə 13 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) liderliklərini qoruyublar.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu