Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı tatamiyə çıxıb.
Dünya çempionatı
Kişilər
73 kq
Hidayət Heydərov Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb. Olimpiya çempionu sosial şəbəkə hesabında bununla bağlı qısaca belə yazıb: "Qayıtdığım üçün xoşbəxtəm".
Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev Kazbek Naquşevə (BƏƏ) qalib gələrək növbəti mərhələyə yüksəlib. Cüdoçumuz daha sonra gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib. Növbəti görüşdə Baysanqur Baqayevə (Serbiya) uduzan idmançımız bürünc medal uğrunda yarışmalı olub. Bu yarışda da Tatsuki İshiharaya məğlub olan Məmmədəliyev dünya çempionatını 7-ci yerdə başa vurub.
Qadınlar
57 kq
Fidan Əlizadə serbiyalı Marika Perişiçlə üz-üzə gəlib. O, mübarizədə məğlub olaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu