Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Apasport.az xəbər verir ki, hazırlıq Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə təşkil olunub.
Təlim-məşq düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.
Qeyd edək ki, yeniyetmə qızlardan ibarət yığmamız Avropa çempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyi 26–29 iyun tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu