Cüdoçumuz Avropa çempionatında gümüş qazanıb
29.06.2024 - 19:26
Cüdoçumuz Avropa çempionatında gümüş qazanıb

Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın üçüncü günündə Azərbaycan millisinin 5 cüdoçusu tatamiyə çıxıb.

Oğlanlar
81 kq

Mehti Abbasov 1/16 finalda Atanasios Orfanosa (Kipr) qalib gəlsə də, ardınca Vit Sarboça (Çexiya) uduzub.

Əli Qazıməmmədov Georgi Yahnin (Almaniya) və David Yurkovçiyə (Fransa) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı Mixaylo Solyanikə uduzub. Təmsilçimiz təsəllliverici mərhələdə Miltiadas Xaralampus (Kipr) və Derek Marçaka qalib gəlib. O, bürünc uğrunda görüşdə Kenzo Kremersə uduzub.

90 kq
Hüseyn Eyvazlı Lorens Hornqaşeri (Avstriya) məğlub edib, ardınca Nikola Markova (Bolqarıstan) uduzub.

+90 kq
Sübhan Axundov ilk görüşdə Mahmutcan Maden (Türkiyə) üzərində qələbə qazanıb. 1/4 finalda Duayn Korevar (Niderland), yarımfinalda Nodar Kobaladzeni (Gürcüstan) məğlub edən cüdoçumuz finala yüksəlib. Sübhan həlledici görüşdə Marek-Adrian Masekə uduzaraq, gümüş qazanıb.

Qızlar
70 kq

Mələk Bayramlı Keti Robakidzeyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, yığmamız yarışın ilk iki günündə bir qızıl və iki bürünc medal qazanıb.

0