Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.
90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxan təmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur.
Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu