Cüdoçumuz bürünc medala sahib çıxdı
11.10.2024 - 19:55
Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançı tatamiyə çıxıb.
57 kq çəki dərəcəsində Açelya Toprak Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirə bilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdən üstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədə səbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrunda yarışacaq. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanan cüdoçumuz bürünc medala yiyələnib.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0