Dünya çempionatı: Ömər Rəcəbli üçün bürünc şansı - YENİLƏNİR
07.10.2026 - 14:24
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Sibqatullah Arabla (IRT) üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Rəcəbli bu mərhələdə özbəkistanlı Murodjon Yuldoşevə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan təmsilçisi yarımfinala gedən yolda serbiyalı Mihaylo Siminlə qarşılaşıb və görüşü məğlub başa vurub.
Ömər Rəcəbli bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.
- Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB
- DÇ: Hidayət Heydərov mübarizəni dayandırdı - YENİLƏNİB
- Xədicə Qədəşova mundialla vidalaşdı
- Dünya çempionatı: Cüdoçularımız tatamiyə çıxır - YENİLƏNİR
- Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
0
0