Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Apasport.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusi dünya çempionatında tatamiyə çıxacaq.
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb