Fətiyev və Kokauri yarımfinalda
13.10.2024 - 14:25
Fətiyev və Kokauri yarımfinalda

BƏƏ-nin Abu-Dabi şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatacaq.

Apasport.az xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxıb.

90 kq çəki dərəcəsində Murad Fətiyev ikinci mərhələdə Luka Babutsidzeni məğlub edib. O, 1/4 finalda Ciovanni Ferreyranı da üstələyərək yarımfinala yüksəlib. Burda təmsilçimiz Yasper Sminklə üz-üzə gələcək.

Həmin çəki dərəcəsində Musa Hüseynli isə ilk görüşdə niderlandlı Mark Van Diyklə qarşılaşıb. İdmançımız rəqibinə məğlub olub.

100+ kq çəki dərəcəsində Uşanqi Kokauri Esleken Kedoya qalib gəlib. Uşanqinin növbəti rəqibi İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi Yelle Snippe olacaq.

Eyni çəki dərəcəsində İmran Yusifov Yur Spiykersə uduzaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57 kq) isə bürünc medal qazanıb.

0