İki cüdoçumuz Avropa çempionatında finala yüksəlib
01.11.2025 - 18:05
Azərbaycanın iki cüdoçusu Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) və Kənan Nəsibov (+100 kq) qitə yarışının həlledici mərhələsinə adlayıblar.
Rəcəbli finalda italiyalı Manuel Parlati, Nəsibov isə polşalı Yakub Sordul ilə üz-üzə gələcək.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar.
- Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub
- Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub
- Bakıda paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib - FOTO
- Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
- Yeniyetmə cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib - FOTO
0
0