İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17.04.2024 - 12:51
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, 18 yaşa qədər yeniyetmələr arasında yarış mayın 1-də cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.
Cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nümayiş etdirəcəklər. Katanı göstərəcək cütlər iki oğlan, iki qız və ya bir oğlan və bir qızdan ibarət ola bilər.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0