İslam Oyunları: Cüdoçumuz bürünc medal qazandı - FOTO
08.11.2025 - 19:32
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində döyüşən Aydan Vəliyeva bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Təmsilçimiz Muxayyo Əxmətova (Özbəkistan) ilə üz-üzə gəlib. Görüş idmançımızın qələbəsi ilə başa çatıb. Aydan bu nəticə ilə İslamiadanı bürünc medalla başa vurub.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0