Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO
02.08.2025 - 22:50
Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 240 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Cüdo üzrə ölkə birinciliyi start götürüb - FOTO
- Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
0
0