24 iyulda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
2024-cü il ərzində üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.
Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
- Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib