Milli komandamız hazırlığın növbəti mərhələsinə start verib
15.07.2026 - 15:45
Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatına hazırlığın növbəti mərhələsini keçib.
Apasport.az xəbər verir ki, baş məşqçi Riçard Trautmanın rəhbərliyi ilə baş tutan məşqlərdə əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin artırılmasına, həmçinin ne-vaza üzrə texniki və taktiki bacarıqların təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4-11 oktyabr 2026-cı ildə Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0