İyunun 26-29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu