16-19 aprel aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək ilkin heyət müəyyənləşib.
Apasport.az xəbər verir ki, ilkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.
Bunlar Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinovadır (+78 kq).
Qeyd edək ki, milli komandanın yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu