Bu gün 17 yaşadək cüdoçular arasında Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə region birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən yarışda 34 idmançı iştirak edib.
Yekunda 6 çəki dərəcəsində medalçılar bəlli olub.
Turnirin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 yaş kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.
Oğlanlar
50 kq
1. Adəm Nağıyev (Naxçıvan UGİM)
2. Onur Fərzəliyev (Culfa UGİM)
3. Rauf Hacızadə (Naxçıvan UGİM)
55 kq
1. Yusif Nağıyev (Naxçıvan UGİM)
2. Kamil Məmmədov (Culfa UGİM)
3. Vaqif Əliyev (Culfa UGİM)
60 kq
1. Yusif Əsədli (Naxçıvan UGİM)
2. Elmin Qəribli (Naxçıvan UGİM)
3. İbrahim Əliquliyev (Culfa UGİM)
3. Məhəmməd Məmmədov (Culfa UGİM)
66 kq
1. Hüseyn Mustafayev (Naxçıvan UGİM)
2. İsmayıl Şükürlü (Naxçıvan UGİM)
3. Rauf Cəfərov (Naxçıvan UGİM)
73 kq
1. İlham Muxtarov (Naxçıvan UGİM)
81 kq
1. Nihad İmanov (Naxçıvan UGİM)
2. Səccad Heydərov (Naxçıvan UGİM)
3. Əli Əlizadə (Naxçıvan UGİM)
- İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
- Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb