Cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Monteneqronun paytaxtı Podroritsada keçirilən yarışın dördüncü günündə Azərbaycan millisinin cüdoçuları tatami üzərinə çıxıb.
Olimpiya çempionumuz Zelim Kotsoyev Paris-2024-dən sonra ilk sınağına başlayıb.
100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 2-ci mərhələdən start verib. O, startda Mixael Aristosu (Kipr), ardınca Maksims Duynovsi (Latviya) məğlub edib. Olimpiya çempionumuz yarımfinalda Anton Savitski (Ukrayna) qarşılaşacaq.
Uşanqi Kokauri (110 kq) isə Patrik Bronietslə (Polşa) üz-üzə gəlib. Qələbə qazanan cüdoçumuz 1/8 finalda Marius Fizellə (Slovakiya), növbəti görüşündə Recep Erginlə (Türkiyə) dueldən üstün ayrılıb. Kokauri yarımfinalda Valeri Endovitski (İJF) ilə mübarizə aparacaq.
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
- Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib