Ölkəmizi Zaqrebdə təmsil edəcək cüdoçular bəlli olub
11.09.2024 - 17:04
Ölkəmizi Zaqrebdə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib.

Apasport.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmiz qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.

Cüdoçular Rəşad Məmmədov (qadınlardan ibarət yığma), Elçin İsmayılov və Slavko Tekiçin (böyüklərdən ibarət yığma) rəhbərliyi altında çıxış edəcək.

Qadınlardan ibarət heyət:

Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq)

Kişilərdən ibarət heyət:

Turan Bayramov, Əhməd Yusifov (60 kq), Ruslan Paşayev, Nazir Talıbov (66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (73 kq), Zaməddin Poladov (81 kq), Vüqar Talıbov (90 kq)

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək turnirdə 40 ölkədən 326 idmançı medallar uğrunda mübarizə aparacaq.

0