Paracüdoçumuz Xatirə İsmiyeva (J1 kateqoriyası) Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.
Apasport.az xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akınla üz-üzə gəlib.
Rəqibinə məğlub olan İsmiyeva təsəlliverici görüşə qatılacaq.
***
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu