Paris-2024: Hidayət Heydərov 1/4 finalda!
29.07.2024 - 13:53

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, millimizin lideri Hidayət Heydərov 73 kq çəkidə İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.
- Yeniyetmələr arasında Liqa yarışının II turunun ikinci yarış günü keçirilib
- Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək
- Təmsilçimiz dünya çempionatını medalsız başa vurdu
- Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub
- Təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq
0
0