Cüdo üzrə U-17 yeniyetmələr arasında martın 7-8-də "İstedadların seçimi" yarışının II turu keçiriləcək.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində reallaşacaq turnirdə 67 klub və idman cəmiyyətindən olan 351 idmançı (297 oğlan, 54 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
"İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
- Yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirilib.
- I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil ediləcək
- Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
- Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
- Millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu