Sentyabrın 10–11-də Xaçmazda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilərlər.
Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunacaq imtahanda kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
- Cüdoçumuz Avropa Kubokunun qalibi olub
- Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
- Cüdo üzrə Liqa yarışının III turu start götürüb
- Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar - VİDEO