Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, sentyabrln 28-29-da baş tutacaq yarışda ölkəmiz kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək. Turnirdə 34 ölkədən 371 idmançı qüvvəsini sınayacaq.
60 kq
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Rövşən Əliyev
66 kq
Elşən Əsədov
Mehdi Cəfərov
Rəşad Yelkiyev
Nazir Talıbov
73 kq
Rüfət Şövlətov
Nəriman Mirzəyev
90 kq
Musa Hüseynli
İbrahim Ağakişiyev
100 kq
Nihad Şıxəlizadə
+100 kq
Camal Qamzatxanov
İmran Yusifov
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu